İdmançılarımız Heydər Əliyevin abidəsini ziyarət edəcəklər

İDMAN
10:10 14.08.2012
1348
Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmiş idmançıların Bakıya dönüş tarixi açıqlanıb.AGİN-in mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın AZXEBER.COM-a verdiyi məlumata görə, 15 avqust səhər saat 07:35-də Olimpiadaya yollanmış nümayəndə həyətinin təyyarəsi Bakıya enəcək. İdmançılarımızın təntənəli şəkildə qarşılanacağı gözlənilir. Bundan sonra idmançılar Heydər Əliyevın abidəsini ziyarət edəcəklər. Azərbaycan London Olimpiya Oyunlarını 2 qızıl, 2 gümüş, 6 bürünc medalla 30-cu yerdə bitirib.

OXŞAR XƏBƏRLƏR