İdmançılarımız London Olimpiadasına yola salındı

İDMAN
22:11 11.07.2012
1869

Azxeber.com-un APA-ya istinadənverdiyixəbərə görə, mərasimdə BP-Azərbaycan şirkətininrəhbərliyi, idmanvə gənclərnaziriAzadRəhimov, AzərbaycanMilliOlimpiyavə ParaolimpiyaKomitələrininrəhbərliyi, idmançılarvə digərqonaqlariştirakedib. Tədbirdə çıxış edən BP-Azərbaycan şirkətinin prezidenti Rəşid Cavanşir BP-nin Azərbaycanın Milli Olimpiya komitəsinin tərəfdaşı olduğunu qeyd edib. O deyib ki, Londonda Azərbaycan 53 idmançı ilə təmsil olunacaq və onlara uğurlar arzu edib. Cavanşir BP-nin Azərbaycan ilə bu sahədə məhsuldar əməkdaşlığı olduğunu deyib. Cavanşir bildirib ki, 7 əlil idmançının hazırlığına xüsusi dəstək verilib.  Qeyd edək ki, BP şirkəti dünyada Olimpiya oyunlarının rəsmi tərəfdaşıdır.  Mərasimdə bir neçə paraolimpiyaçılara iPad hədiyyə edilib. Çıxış edən nazir Azad Rəhimov hər Olimpiya oyunlarında Azərbaycanın təmsilçilərinin sayının artması vurğulayıb. Onun sözlərinə görə, bu ölkədə idmanın inkişafından xəbər verir. Azərbaycanda 2012-ci ilin idman ili elan olunması bu sahədə görülən işlərə dəstək verib.  Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Pekin Olimpiadasında Azərbaycan 11 idman növündə, Londonda keçiriləcək oyunlarda isə 16 idman növündə təmsil olunacaq. O 2016-cı ildə keçiriləcək növbəti Olimpiya oyunlarında BP şirkəti ilə əməkdaşlığın davam edəcəyinə ümid etdiyini qeyd edib. Milli Paraolimpiya Komitəsinin rəhbəri İlqar Rəhimov deyib ki, 1996-cı ildə keçirilən Atlanta Paraolumpiya oyunlarda Azərbaycan 2 nəfər ilə, son London paraolimpiya oyunlarında 21 idmançı iştirak edəcək. 

OXŞAR XƏBƏRLƏR