İdmançımız 30 illik rekordu yenilədi - VİDEO

İDMAN
14:34 20.07.2015
4007
İsveçin Eskilstuna şəhərində yeniyetmələr arasında atletika üzrə Avropa çempionatı başa çatıb.

AZXEBER.COM azadliq.org-a istinadən xəbər verir ki, Azərbaycanlı atlet Nazim Babayev üçtəkanla tullanmada 30 illik rekordu qıraraq (17.04 metr) qızıl medal qazanıb. Bununla Nazim Babayev 2016-cı ildə Rio-2016 Olimpiya Oyunlarına lisenziya qazanmış olub.

Nazim Babayevin 20 yaşı var. O, iyunun 22-də Bakıda keçirilən Avropa Oyunlarında da üçtəkanla tullanmada birinci olmuşdu.

OXŞAR XƏBƏRLƏR