Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışlarına start verilib.
Azərbaycan yığmasının bir üzvü mübarizəyə qoşulub.
49 kq çəki dərəcəsində çıxış edən Patimat Abakarova turnirə 1/8 final mərhələsindən start verib.
Onun ilk rəqibi Tiyana Boqdanoviç (Serbiya) olub. İdmançımız rəqibinə 2:3 hesabı ilə uduzub.
Boqdanoviç finala kimi irəliləyərsə, Abakarovanın təsəlliverici görüşlərə qatılacaq.
///Qol.az