İdmanla məşğul olan bəzi gənclərin qəfil ölümünün – İNANILMAZ SƏBƏBLƏRİ

SAĞLAMLIQ
00:08 02.02.2023
1031

Son zamanlar xüsusilə idmanla məşğul olan gənclər arasında qəfil ölüm xəbərləri tez-tez eşidilir.

AZXEBER.COM xəbər verir ki, mütəxəssislərin fikrincə, bunu infarkt adlandırmaq olmaz. İdman irsi ürək xəstəliklərinə səbəb ola bilər. Bu səbəbdən idman edəcək gənclər və uşaqlar mütləq müayinədən keçməlidirlər.

Kardiologiya Mütəxəssisi, İdman Kardioloqu Dr. Uğur Sayqısunar açıqlamasında "35 yaşdan kiçik yaşlı və yeniyetmələrdə ani ürək ölümünün səbəbi infarkt deyil, irsi ürək xəstəlikləridir. Bu xəstəliklər adətən irsi olur. Bu səbəblə xüsusilə sıx səy tələb edən idmana başlamazdan əvvəl uşaqların müayinədən keçməsi vacibdir”, - deyə bildirib.

Mütəxəssislərin fikrincə, ölüm və yaxud da ağır zədələrə səbəb ilk növbədə fasiləsiz idmanla məşğul olmaq, orqanizmi həddindən çox yükləməklə bağlıdır. Güclü və fasiləsiz əzələ məşqindən sonra ən azı 24 saat istirahət etmək, yatmaq çox önəmlidir. İdman prosesində əzələlər böyümək yerinə, müəyyən pozuntulara məruz qalır.

Həkimlər bildirirlər ki, ağırlıqqaldırma ilə məşğul olanlar idmanı buraxdıqdan sonra daha çox risk altında olurlar. Çünki ağırlıqqaldırma idman növündə ürək əzələsinə düşən yük daha çox olur, ürək əzələsi daha çox qalınlaşır. Lakin sonradan həmin insanlar idmandan uzaqlaşan zaman ürəyin əzələsində boşalmalar, ürək boşluğunda genişlənmələr yaranır. Bu qrup xəstələr artıq çəki alır və onları ürək çatışmazlığı daha çox narahat edir.

Kardioloq Uğur Sayqısunarın sözlərinə görə, idmançılar çox zaman bədən əzələlərinin tez böyüməsi üçün dərmanlardan istifadə edirlər. Bu da son nəticədə ölümə aparan bir vasitədir.

Həkimlər deyir ki, yüzlərlə gənc var ki, ürəyindəki problemdən xəbəri yoxdur. Minlərlə insanınhələ də ürək-damar sistemi yoxlanmayıb. Çox gizli gedən və təsir edən faktorlar var: Genetik amillər, metobolik problemlər, qanda xolesterin, şəkər, zərərli qidalanma.

Ayşən

OXŞAR XƏBƏRLƏR