İdrak liseyində mötəbər təqdimat: "Əziz Şuşa, sən azadsan"

İdrak liseyində mötəbər təqdimat: "Əziz Şuşa, sən azadsan"
SOSİAL
14:30 06.06.2022
299
İdrak  liseyində "Əziz Şuşa, sən azadsan!” məktəblərarası yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılııb.
 
AZXEBER.COM xəbər verir ki, tədbirdə çıxış edən İdrak liseyinin təsisçisi pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə "Şuşa İli” elan olunduğunu xatırladıb, məktəblərarası yaradıcılıq müsabiqəsinin bu mühüm sənədin icrasına əsasən keçirildiyini söyləyib. Müsabiqənin əhəmiyyətindən söz açan M.Alışov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad olunmuş Şuşanın xalqımızın tarixində xüsusi yeri olduğunu bildirib. O, "İdrak” liseyi tərəfindən keçirilən müsabiqənin 6 nominasiya - esse, instrumental ifa, şeir, vokal, rəsm və dekorativ tətbiqi sənət üzrə təşkil edildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, ölkə rəhbərinin müdrik və uzaqgörən siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə və Şuşanın azad edilməsi hamımızda böyük sevinc və qürur hissləri yaşatdı. Şuşanın xalqımız üçün yüksək mədəni-mənəvi dəyəri vardır.

Müsabiqə iştirakçılarını və qalibləri təbrik edən Mönsüm Alışov onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə Milli Məclisin deputatı Tahir Rzayev, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxış edərək Qarabağın tacı olan Şuşanın xalqımız üçün müqəddəs və əziz yer olduğunu söyləyib, hər bir azərbaycanlının oraya getmək arzusunda olduğunu bildiriblər. Qeyd edilib ki, Şuşa hər zaman Azərbaycanın tarixi, mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa bu gün də beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. Ölkə rəhbərinin diqqət və qayğısı ilə Şuşa gündən-günə sürətlə inkişaf edir və gözəlləşir. Şuşa bundan sonra da digər mötəbər tədbirlərə ev sahibliyi edəcək və dünyanın ən gözəl şəhərlərindən biri olacaq. Çıxış edənlər məktəblilərin yaradıcı təxəyyülünə əsaslanaraq bacarıqlarını nümayiş etdirdikləri müsabiqənin əhəmiyyətindən söz açıb, iştirakçılara təhsildə və yaradıcılıqlarında uğurlar arzulayıblar.

Tədbirdə müsabiqəyə hazırlıq mərhələsini əks etdirən videoçarx nümayiş olunub.

Sonra yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb. İştirakçılara diplom və sertifikatlar təqdim edilib. Şəhid Toğrul Bərxudarovun qızı Güllü Bərxudarlı, general-mayor Polad Həşimovun oğlu Teymur Həşimov, Xüsusi Təyinatlı Qüvvələrin giziri Sahib Musazadənin övladları Sahibə və Ülvi Musazadələr də müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.

Qeyd edək ki, esse nominasiyasi üzrə müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçirilib. Şagirdlər idrak liseyinə gələrək bu nominasiyada iştirak ediblər.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi