İƏT Ölkələri Gənc İş Adamlarının 12-ci Beynəlxalq Forumu həyata keçirildi - FOTOLAR

İƏT Ölkələri Gənc İş Adamlarının 12-ci Beynəlxalq Forumu həyata keçirildi - FOTOLAR
SİYASƏT
13:31 18.05.2026
365
12-17 may 2026-cı il tarixlərində Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi), Tatarıstan Respublikası Gənclərlə İş Nazirliyi, Tatarıstan Respublikası "SELET" Gənclər Fondu və bu regionu təmsil edən Gənclərin Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənc İş Adamlarının ənənəvi 12-ci Beynəlxalq Forumu keçirilib.     
  
AZXEBER.COM xəbər verir ki, 15 may tarixində baş tutan Forumun açılış mərasimində Tatarıstan Respublikası başçısının köməkçisi Timur Suleymanov, İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov, RF Gənclər üzrə Federal Agentliyinin rəhbərinin müavini Yeqor Litvinenko, Tatarıstan Respublikasının Gənclərlə İş naziri Azat Kadırov, "Selet” Gənclər Fondunun direktoru Aygül Qabdrrəhmanova və Tatarıstan Gənclərinin Diplomatiya Akademiyasının sədri Dilbər Sadıqova iştirakçıları salamlayaraq, onlara uğurlar arzu ediblər. Çıxışlarda İƏT Gənc İş Adamları Forumunun davamlılığı, bu Forumun Rusiya və İslam dünyası gəncləri arasında əlaqələrin gücləndirilməsində oynadığı rol, eləcə də onun investisiya yönümlü olması xüsusi vurğulanıb.  
 
İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov öz çıxışında təmsil etdiyi təşkilatın uzun illərdir Tatarıstan Respublikası hökuməti, respublikanın Gənclərlə İş Nazirliyi ilə  əməkdaşlığı barədə məlumat verərək, Forumun regional əhəmiyyətindən bəhs edib, o cümlədən, gənc iş adamlarının müəllifi olduğu startap layihələrin davamlı olması baxımından Kazan Forumunun işinə yüksək dəyər verib. 
 
Açılış mərasimindən sonra startap nümayəndələri arasında işçi sessiyalar keçirilib. Növbəti mərhələdə Rusiya, Misir, Azərbaycan, İndoneziya, Malayziya, Özbəkistan, Qazaxıstan, Qırğızıstanı təmsil edən nümayəndələr öz startaplarına dair ilkin təqdimatlarını ediblər.  
 
Qeyd etmək lazımdır ki, Forum çərçivəsində biznes planın inkişafı, hədəf auditoriyasının müəyyən edilməsi, sahibkarlıq üzrə çağırışlar və imkanlar mövzuları üzrə işçi qruplar fikir mübadiləsi aparıblar.  

Forumun bağlanış mərasimində rəsmilər çıxış etdikdən sonra, Rafiq İsmayılov və Timur Suleymanov Forumun iştirakçılarına sertifikatlar təqdim ediblər.  
 
Artıq 10 ildən çoxdur həyata keçirilən İƏT Gənc İş Adamları Beynəlxalq Forumunun əsas məqsədi İƏT məkanında yeni yaradılan startap layihələrinə dəstək vermək, eləcə də gənc iş adamlarının fəaliyyətlərini stimullaşdırmaq, qloballaşan dünyada yeni biznes ideyalarının yaranmasını təşviq etməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, hər il Forumun son günü ekspertlərdən ibarət beynəlxalq jüri müvafiq qiymətləndirmə meyarları əsasında qalib startap layihələrinin maliyyələşdirilməsi ilə bağlı qərarlar verir. 

Forum iştirakçıları mədəni proqramlara qatılmaqla yanaşı, Tatarıstan Respublikasının sahibkarlıq və startap subyektlərinə, o cümlədən görməli yerlərinə səfər ediblər.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?
Arzum ev dustaqlığına buraxıldı
12:40 22.07.2026
Arzum ev dustaqlığına buraxıldı
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
12:36 22.07.2026
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
12:23 22.07.2026
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
Azercell media nümayəndələrini təbrik edir
12:17 22.07.2026
Azercell media nümayəndələrini təbrik edir
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
12:13 22.07.2026
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
12:05 22.07.2026
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
11:59 22.07.2026
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
11:57 22.07.2026
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
11:54 22.07.2026
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
11:50 22.07.2026
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
11:33 22.07.2026
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
Arzumun cəzasının ağırlaşdırılması istənildi
11:21 22.07.2026
Arzumun cəzasının ağırlaşdırılması istənildi