İƏT nümayəndələri Ağdam məscidində namaz qıldı - Fotolar

İƏT nümayəndələri Ağdam məscidində namaz qıldı - Fotolar
SİYASƏT
14:08 06.04.2021
458
Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad edilmiş Ağdam rayonuna səfər çərçivəsində Cümə məscidində olublar.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, daimi nümayəndələr məsciddə ermənilərin törətdikləri barbarlıqla tanış olublar.

Onlara ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə ətraflı məlumat verilib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri məsciddə namaz qılıb, dualar ediblər.
 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR