“Avqust ayının 22-də Lənkəran şəhəri Xanbulan qəsəbəsində kənd sakini tərəfindən iftar süfrəsi verildi, mərasimdən sonra konsert proqramı təşkil olunmuşdu. Konsertdə ilahi mahnılar və muğamlar oxunulmalı idi. Kənd icra nümayəndəsi Faiq Köçəriyev sərxoş vəziyyətdə tədbirə müdaxilə edib, çəkiliş aparılmasına icazə verməyib, tədbiri yarımçıq saxladı”. Bu sözləri Lənkəran şəhər Xanbulan qəsəbə sakinləri var.az-a ünvanladıqları məktubda yazıblar.Məktubda o da qeyd olunur ki, əhali tədbir keçirmək üçün hələ 10 gün əvvəldən kənd icra nümayəndəsi Faiq Köçəriyevə müraciət ediblər. O isə məclisə içkili vəziyyətdə gəlib: “Belə bir xeyriyyə tədbirində, mübarək ayda qəsəbə icra nümayəndəsinin, dövlət məmurunun içkili vəziyyətdə özünü apara bilməməsi bütün Lənkəranda böyük narazılığa səbəb olub. Biz də bu narazılğı sizin köməyinizlə mətbuatda işıqlandırmaq istəyirik”.