"İftira, böhtan, qərəzli kampaniya aparan qüvvələr Azərbaycanı öz yolundan döndərə bilməz"

"İftira, böhtan, qərəzli kampaniya aparan qüvvələr Azərbaycanı öz yolundan döndərə bilməz"
SİYASƏT
15:23 26.06.2015
1410
AZXEBER.COM Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımovun AZƏRTAC-a müsahibəsini təqdim edir.
- Azər müəllim, son zamanlar Azərbaycana qarşı ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlar, kütləvi informasiya vasitələri tərəfindən hücumların şahidi oluruq. Avropa Şurası Parlament Assambleyasının son qətnaməsi, BMT-də aparılan müzakirələr, ABŞ Dövlət Departamenti tərəfindən verilən bəyanatlar və illik hesabatda Azərbaycanla bağlı deyilən qərəzli fikirləri nəzərdə tuturuq. Sizcə bunların səbəbi nədir?
- Ən başlıca səbəb ondan ibarətdir ki, Azərbaycan tam şəkildə müstəqil siyasət yürüdən nadir ölkələrdən biridir. Eyni zamanda, biz regional əməkdaşlığı gündən-günə möhkəmləndiririk, ölkədə ictimai-siyasi sabitlik tam təmin olunub. İqtisadi inkişaf uğurla davam edir, Azərbaycan artıq çox nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. Əlbəttə ki, özlərini dünyanın sahibi hesab edən ölkə və ayrı-ayrı qüvvələr bütün bunları həzm edə bilmir. Onlar hər vəchlə Azərbaycana qarşı riyakar, ikili standartlara söykənən, heç bir məntiqə sığmayan kampaniyalar həyata keçirirlər.
Azərbaycana qarşı qara piar kampaniyası həyata keçirən qərb və Avropa ölkələri hazırda dərin böhran içərisindədir. Xüsusən Avropa ölkələrinin özləri çoxdandır ki, müstəqil siyasət həyata keçirə bilmirlər. Onlar birmənalı olaraq dünyaya hakimlik etmək iddiasında olan ölkə və qüvvələr tərəfindən tam şəkildə idarə edilir. Sizin yuxarıda sadaladığınız qətnamə, müzakirə və bəyanatlara qayıdıram. Avropa Şurası Parlament Assambleyasında bir neçə il çalışmış insan kimi deyə bilərəm ki, burada fəaliyyət göstərən bir qrup deputat onlara verilən komanda ilə hər hansı bir ölkəni hədəf seçir və həmin ölkəyə qarşı bütün vasitələrlə çirkin kampaniyanı həyata keçirməyə başlayırlar. Bəzən bu qüvvələr demokratik ab-hava şəraiti yaratmaq məqsədilə onlara göstəriş verən ayrı-ayrı böyük dövlətlərə də tənqidi münasibət bildirirlər. Lakin sonra yenidən bütün qüvvələrini hədəf seçilmiş ölkəyə çevirirlər. Adıçəkilən qətnamə də yuxarıdan gələn əmrləri yerinə yetirən və mən deyərdim ki, hətta öz ölkələrinin maraqlarına məhəl qoymayan bir qrup deputat tərəfindən qəbul edilmişdir. Ona görə də bu cür sənədlərin qəbulu bizim üçün heç bir mahiyyət daşımır.
Birləşmiş Millətlər Təşkilatında aparılmış müzakirələrə fikir verin: İrlandiya guya 25 ölkənin adından çıxış edir, burada Azərbaycana qarşı böhtan dolu məlumatlar verilir. Yenə də eyni ssenari - məlum ölkə və qüvvələr tərəfindən guya neytrallıq və obyektivlik nümayiş etdirmək məqsədilə regiona aid olmayan hər hansı bir ölkəyə, bu misalda İrlandiyaya göstəriş verilir və o da hərəkətə başlayır. Sizi tam əmin etmək istərdim ki, orada çıxış edən İrlandiya nümayəndəsindən soruşsanız ki, Azərbaycan dünya xəritəsində harada yerləşir bilməyəcək. Dərin iqtisadi böhran və insan haqlarının kobud şəkildə pozulduğu bir ölkə olan İrlandiya nümayəndəsi hansı haqla ölkəmizə münasibətdə belə qərəzli mövqe nümayiş etdirir. Əgər onun adından danışdığı ölkələrin siyahısına baxsaq, olduqca maraqlı mənzərə yaranacaq. Həmin ölkələrin özləri arasında böyük ziddiyyətlər mövcuddur və bu ölkələrin hamısında insan haqlarının kütləvi şəkildə pozulması ilə bağlı kifayət qədər məlumat var. Necə oldu ki, belə bir şəraitdə 25 ölkə Azərbaycana qarşı dırnaqarası yekdil mövqe göstərdilər? Bu ölkələrin adlarına nəzər salsaq "obkom"dan göndərilən siyahıya oxşayır və bunun qurama bir kampaniya olduğu aydın görünür.
Həmin müzakirələr zamanı Latviya nümayəndəsi Avropa İttifaqı adından Azərbaycanla bağlı qərəzli fikirlər söyləmişdir. Məlum faktdır ki, Latviyanın özündə insan haqlarının pozulması halları olduqca acınacaqlı vəziyyətdədir. Başqa millətlərin nümayəndələrinə qeyri-vətəndaş münasibəti, televiziya kanallarının bağlanması, söz və fikir azadlığına görə həbslər və digər insan haqlarının pozulması elə həddədir ki, hətta Avropanın əksər dövlətləri də bunu etiraf edir. Bildiyiniz kimi, Avropa İttifaqının özü həm struktur həm də iqtisadi baxımdan dərin böhran yaşayır, üzv dövlətlərdə insan haqlarının kütləvi şəkildə pozulması adi hala çevrilib. Belə bir şəraitdə bu təşkilatın adından özü də Latviyanın, guya Azərbaycanda insan haqlarının pozulması ilə bağlı nümayiş etdirdiyi mövqe olduqca gülünc görünür. Avropa İttifaqında mərkəzləşdirilmiş idarəetmə sisteminin heç sosialist düşərgəsi dövründə belə mövcud olmadığını nəzərə alsaq, Latviya nümayəndəsinin bu mövqeyinin tam diqtə altında həyata keçirildiyi də özünü büruzə verir.
ABŞ Dövlət Departamentinin Azərbaycanda guya insan haqlarının pozulması ilə bağlı bəyanatlarına, illik hesabatına gəlincə isə bir daha bildirmək istəyirəm ki, heç bir dövlətə ayrılıqda götürülmüş şəkildə digər dövlətlərdə insan haqlarının təminatı ilə əlaqədar rəsmi mühakimə yürütmək icazəsi verilməyib. ABŞ-ın özündə insan haqlarının çox kobud şəkildə pozulması halları, dinc insanların polis tərəfindən öldürülməsi, irqi zəmində toqquşmalar, kütləvi həbslər, söz azadlığının pozulması və digər bu cür mənfi hallar elə sürətlə baş verir ki, hətta bunları izləmək belə artıq çətin olmuşdur.
Maraqlısı ondan ibarətdir ki, anti-Azərbaycan kampaniyasına qoşulan ölkə, siyasi dairələr, kütləvi informasiya vasitələrinin rəsmi nümayəndələri ilə görüşlərimiz zamanı demək olar, onların hamısı etiraf edirlər ki, bu cür qara piarın aparılması dünyaya hakimlik iddiasında olan ölkə və siyasi qüvvələrin ciddi təzyiqi altında həyata keçirilir.
Bir daha qeyd etmək istəyirəm, Azərbaycana qarşı iftira, böhtan, qərəzli kampaniya aparan ölkələr və ayrı-ayrı qüvvələr bilməlidirlər ki, bütün bunlar Azərbaycanın gələcəkdə də müstəqil siyasət həyata keçirməsi, regional əməkdaşlığın və ölkədə sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində tutduğu mövqedən döndərə bilməz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
WSJ: ABŞ İrana qarşı əməliyyatları tezliklə dayandırmayacaq
10:03 14.03.2026
WSJ: ABŞ İrana qarşı əməliyyatları tezliklə dayandırmayacaq
Vens: Tramp Ukraynada münaqişənin başa çatmasını və Rusiya ilə ticarətin bərpasını istəyir
05:15 14.03.2026
Vens: Tramp Ukraynada münaqişənin başa çatmasını və Rusiya ilə ticarətin bərpasını istəyir
KİV: ABŞ Yaxın Şərqə 5 minə yaxın hərbçi göndərir
03:42 14.03.2026
KİV: ABŞ Yaxın Şərqə 5 minə yaxın hərbçi göndərir
ABŞ Yaxın Şərqə Ukrayna istehsalı olan dron əleyhinə vasitələr göndərib
02:18 14.03.2026
ABŞ Yaxın Şərqə Ukrayna istehsalı olan dron əleyhinə vasitələr göndərib
27 yaşlı gənc adrenalin yaşamaq istəyərkən həlak oldu: Hadisə yerindən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
01:37 14.03.2026
27 yaşlı gənc adrenalin yaşamaq istəyərkən həlak oldu: Hadisə yerindən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
00:41 14.03.2026
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
00:28 14.03.2026
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Telefonunu tutmaq istədi, müvazinətini itirdi: Gəncədəki dəhşətli hadisənin TƏFƏRRÜATI - VİDEO
23:59 13.03.2026
Telefonunu tutmaq istədi, müvazinətini itirdi: Gəncədəki dəhşətli hadisənin TƏFƏRRÜATI - VİDEO
“Qavaldaş nağara" sındırıldı - Məhkəmə bitdi
23:49 13.03.2026
“Qavaldaş nağara" sındırıldı - Məhkəmə bitdi
İsrail ordusu Tehranda "Bəsic" qərargahlarına zərbələr endirdiyini açıqlayıb
23:39 13.03.2026
İsrail ordusu Tehranda "Bəsic" qərargahlarına zərbələr endirdiyini açıqlayıb
Güclü maqnit qasırğası gözlənilir
23:34 13.03.2026
Güclü maqnit qasırğası gözlənilir
Müctəba Xamenei barədə məlumat verənə 10 milyon dollar vəd edildi
23:25 13.03.2026
Müctəba Xamenei barədə məlumat verənə 10 milyon dollar vəd edildi
Bakıda qəribə dələduzluq: "Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - VİDEO
23:12 13.03.2026
Bakıda qəribə dələduzluq: "Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - VİDEO
Ərdoğan: Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır
22:58 13.03.2026
Ərdoğan: Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır
Abbas Əraqçi Türkiyəyə təşəkkür edib
22:44 13.03.2026
Abbas Əraqçi Türkiyəyə təşəkkür edib
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
22:40 13.03.2026
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb