Türkiyəli aktrisa Billur Kalkavan özündən 22 yaş kiçik sevgilisindən danışıb.
57 yaşlı aktrisa Buğra Bahadırla 10 ildir birlikdə yaşayır. O, bildirib ki, aralarındakı yaş fərqi onları narahat etmir:
"Ona "Bir gün mən yaşlanacağam, onda sən neyləcəksən?” deyirəm. Buğranın arxasınca çox qadın qaçır. Astroloqdur, göz qoyanlar olur, amma biz bunlara gülürük. Kiminsə sevgilimə gözü düşmürsə, onu mən neyləyirəm? Aramızdakı yaş fərqi bizi narahat etmir”.
Aktrisa eks-sevgililərini çox istədiyini də bildirib.
"Köhnə sevgililərimi çox istəyirəm, onlar mənim canımdır” deyə, aktrisa söyləyib.
Qeyd edək ki, Billur Kalkavan Azərbaycan tamaşaçısına "Ihlamurlar altında” serialındakı rolu ilə tanışdır.
///Axşam.az