II Bakı Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə üzrə Konfrans keçirilib

II Bakı Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə üzrə Konfrans keçirilib
İQTİSADİYYAT
10:20 07.03.2024
570
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya” ASC korporativ sosial məsuliyyət və dayanıqlı inkişafla bağlı daha bir önəmli tədbirə dəstək olub. Şirkət növbəti dəfə "II Bakı Beynəlxalq Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə üzrə Konfrans”ın (ESG) baş sponsoru qismində çıxış edib. 

"Yaşıl Dünya Uğrunda Həmrəylik İli” və Bakı şəhərində baş tutacaq COP-29-a həsr edilən konfransın keçirilməsində əsas məqsəd iqtisadiyyatın müxtəlif sahələrində və cəmiyyətdə dayanıqlı inkişafın reallaşdırılmasına nail olmaq üçün qabaqcıl təcrübə və innovativ ideyaların mübadiləsi üzrə platformanın yaradılmasıdır. 

Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri, aparıcı ekspertləri, deputatları, sənaye liderlərini bir araya gətirən konfransda Korporativ Sosial Məsuliyyət (KSM), biznes etikası, yaşıl iqtisadiyyata keçid və ESG təcrübələrinin tətbiqi, iqlim dəyişikliyi və digər aktual mövzular müzakirə olunub.
Konfransda "Azərlotereya”nın ölkəmizin inkişafında önəmli rola malik uğurlu KSM təcrübəsi paylaşılıb, şirkətin həyata keçirdiyi "Hər şey Qarabağ üçün” və "Əmanətə sədaqət” layihələri iştirakçıların marağına səbəb olub. Qeyd olunan layihələr əsasında işğaldan azad edilən ərazilərin bərpasına və dirçəlişinə dəstək göstərilməsi, vətən uğrunda canlarından keçmiş şəhidlərimizin övladlarının təhsil və yaşam xərclərinin qarşılandığı vurğulanıb.       
 
Tədbir "Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş çıxış edərək müxtəlif prioritet mövzular üzrə örnək olan KSM təşəbbüslərin icra olunması üçün konfransın məqsədlərini və fəaliyyətini yüksək qiymətləndirib. Vurğulayıb ki, "Azərlotereya” fəaliyyətində hər zaman sosial və ictimai məsuliyyət prinsiplərinə riayət edərək cəmiyyətin inkişafına nail olmaq üçün strateji layihələr hazırlayır, ölkə əhəmiyyətli tədbirlərin təşkilinə daim dəstək olmaq yolunda addımlayır.

Konfrans müxtəlif maraqlı panel çıxışları ilə davam edib. 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT