II qəbul imtahanı üçün qeydiyyatın müddəti uzadıldı

II qəbul imtahanı üçün qeydiyyatın müddəti uzadıldı
SOSİAL
12:03 23.05.2017
2210
I-Iv qruplar üzrə yayda keçiriləcək ikinci qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron ərizə qəbulu üçün müddət uzadılıb.
 
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə yaz imtahanında iştirak etmək istəyini bildirmiş abituriyentlərin yay imtahanına qeydiyyatı, təsdiq edilmiş elektron ərizəsi olmayan abituriyentlərin elektron ərizələrinin qəbulu və təsdiq edilmiş elektron ərizədə qeyd olunmayan imtahan seçimlərinin elektron ərizəyə əlavə edilməsi üçün son tarix mayın 24-ü saat 11:00-a kimi uzadılıb.   
Qeyd edək ki, qeydiyyat prosesi 22 may saat 23:59-da baş çatmalı idi. 

OXŞAR XƏBƏRLƏR