II Yelizaveta 'mavi'ləri müdafiə edən sənəd imzalayacaq

DÜNYA
14:00 11.03.2013
1318

Böyük Britaniyanın kraliçası II Yelizaveta bu gün Britaniya Millətlər Birliyi ölkələrində istənilən hüquq bərabərliyi, eləcə də seksual oriyentasiya ilə bağlı qanun pozuntularının yolverilməzliyi barədə xartiya imzalayacaq.

AZXEBER.COM RİA Novosti-yə istinadən xəbər verir ki, layihə birliyə daxil olan bütün ölkələrin liderləri tərəfindən təsdiq edilib.II Yelizaveta xartiyanı birlik gününə həsr olunmuş rəsmi tədbirlər zamanı imzalayacaq. Mərasim ölkə telekanallarının efirlərində birbaşa yayımlanacaq. Xartiya 16 maddədən ibarət olacaq. Sənəd birlik ölkələri liderlərinin seksual azlıqlara qarşı yönəlmiş sərt qanunların aradan qaldırılması, həmçinin qadın hüquqlarının məhdudlaşdırılması və irqi ayrı-seçkiliyə qarşı mövqeləri öz əksini tapacaq.

OXŞAR XƏBƏRLƏR