Bu gün III MDB Oyunları çərçivəsində Göygöl Olimpiya İdman Kompleksində cüdo üzrə yarışlara yekun vurulub.
AZXEBER.COM xəbər verir ki, qarışıq komanda yarışlarında Azərbaycan millisi Özbəkistana qalib gələrək qızıl medal qazanıb.
Xatırladaq ki, ötən gün idmançılarımız 21 medal qazanmışdılar.
Beləliklə, Azərbaycan cüdoçuları turniri 22 medalla başa vurublar.