İİV-ə yoluxmuş qadın sağlam uşaq dünyaya gətirə bilər? - AÇIQLAMA

İİV-ə yoluxmuş qadın sağlam uşaq dünyaya gətirə bilər? - AÇIQLAMA
SAĞLAMLIQ
17:10 24.01.2024
590
"İİV-ə yoluxmuş qadın sağlam uşaq dünyaya gətirə bilər. Burada mühüm olan hamilə qadında virusun vaxtında aşkarlanıb antiretrovirus müalicəsinə başlamasıdır”.

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram” hesabında Səhiyyə Nazirliyi Respublika QİÇS ilə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova açıqlayıb. 

G.Cəfərova qeyd edib ki, İİV-ə yoluxmuş anadan uşağa bətndaxili inkişaf dövründə və ya ana südü ilə xəstəliyin keçməsi mümkündür:

"Vurğulamaq istərdim ki, İİV-in yoluxmanın qarşısının alınmasında anadan uşağa ötürülməsində ilk növbədə profilaktikanın böyük əhəmiyyəti var. Bu istiqamətdə də hazırda ölkəmizdə uğurlu tədbirlər görülür. Demək olar ki, son 5 il ərzində ölkəmizdə qeydiyyatda olan İİV-lə yaşayan hamilə qadınlardan virusun anadan uşağa ötürülmə halları qeydə alınmayıb. Belə ki, vaxtında aşkarlanan və Respublika QİÇS ilə Mübarizə Mərkəzində qeydiyyata götürülüb ARV-terapiya proqramına qoşularaq müalicə qəbul edən bütün hamilələr daim mərkəzin mütəxəssislərinin nəzarəti altında olurlar və sağlam uşaq dünyaya gətirirlər”.
Onun sözlərinə görə, İİV-ə yoluxan hamilə qadınlara qeysəriyyə əməliyyatına üstünlük verməsi və ana südü ilə qidalandırmadan mütləq şəkildə çəkinmələri tövsiyə olunur:

"Çünki təbii doğuş zamanı dölün doğuş yollarından və ana südü ilə yoluxması mümkündür. Doğulduqdan sonra da bütün yenidoğulmuşlar mərkəzin pediatrının nəzarətinə götürülür və onlara da anadan uşağa ötürülmənin profilaktikası aparılır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım