Çikaqodan havaya qalxan təyyarədə cəsəd aşkarlandı

SOSİAL
12:22 26.12.2024
87
Çikaqodan havaya qalxan və Havay adalarına enən "United Airlines" təyyarəsinin təkər korpusunda cəsəd tapılıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, cəsədin təkərxanaya necə və nə vaxt girdiyini müəyyən etmək üçün araşdırmalara başlanılıb.
 
"Təkər quyusuna yalnız təyyarənin kənarından daxil olmaq mümkündür. Hazırda cəsədin təkər quyusuna necə və nə vaxt qoyulduğu məlum deyil", - "United Airlines"-ın açıqlamasında deyilir. 
 
ABŞ Federal Aviasiya Administrasiyasının fikirlərinə görə, təkər yuvasında gizlənmək ölkədən qaçanların tez-tez üstünlük verdiyi üsuldur. Təyyarənin təkərxanalarında gizlənməyə çalışanların 77 faizindən çoxu oksigenin az olması, həddindən artıq soyuq hava şəraitinə görə dünyasını dəyişir.
 
Aysel

OXŞAR XƏBƏRLƏR