Argentinalı hücumçu Mauro İkardi və həyat yoldaşı Wanda Naranın İstanbula gəliş tarixi açıqlanıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasında mübarizə aparan Qalatasaray heyətini gücləndirmək üçün işlərini davam etdirir. Sarı-qırmızılılar ötən mövsüm Super Liqada qazanılan çempionluqlarda böyük pay sahibi olan Mauro İkardini səbirsizliklə gözləyirdi.
Rəsmi müraciətə əsasən, Mauro İkardi və Wanda Naranın sabah axşam saat 20.50-də İstanbulda olacağı iddia edilib.
Xəbərdə argentinalı hücumçunu həyat yoldaşı ilə birlikdə İstanbula gətirəcək təyyarə üçün rəsmi müraciət edildiyi bildirilib.
Qeyd edək ki, keçən mövsümdə İkardi 26 oyunda meydanda olarkən 23 qol və 8 məhsuldar ötürmə ilə ümumilikdə 31 qola birbaşa töhfə verərək çempionluğun qazanılmasında çox mühüm rol oynayıb.
Gülay