Türkiyənin Batman şəhərinin Beşiri rayonunda iki ailə arasında düşən davada 41 nəfər müxtəlif yerlərdən yaralanıb.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Türkiyədə iki gənc arasında yaranan mübahisə ailələr arasında davaya çevrilib.
Gənclərin davasına ailələrin də qatılması tərəflər bir-birinə daş, dəyənək və bıçaqla hücum edib.
Polisin müdaxiləsi ilə sonlanan davada 41 nəfər müxtəlif yerlərdən yaralanarkən, bir nəfərin vəziyyətinin ağır olduğu bildirilib.
Şəbnəm