Sosial şəbəkələrdə Ermənistanın paytaxtı İrəvanda iki azərbaycanlı tərəfindən lentə alındığı iddia olunan videogörüntülər yayılıb.
AZXEBER.COM Azvision.az-a istinadən xəbər verir ki, həmin şəxslər Azərbaycan və rus dillərində söhbət ediblər.
"Biz yenidən Azərbaycanın qədim şəhəri olan İrəvandayıq. Pandemiya səbəbindən burada qalmışıq. Öz həmvətənlərimizi qarşıdan gələn 28 May - Respublika Günü münasibətilə təbrik edirik. Söz veririk ki, növbəti video Şuşada çəkiləcək. Buradan Ermənistanın xüsusi xidmət orqanlarına səslənirəm ki, qətiyyən işləyə bilmirsiniz"", - deyə kimliyi bilinməyən şəxs söyləyib.