İki bacı rəqs etdiklərinə görə qətlə yetirildi - FOTOLAR

DÜNYA
14:59 01.07.2013
4728

İyunun 30-da Pakistanda öz ailələrinin şərəf və ləyaqətini alçaltmaqda ittiham olunan 2 bacı yağış altında rəqs etdiklərinə görə güllələniblər.

AZXEBER.COM-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə 15 və 16 yaşlı Bəsra Nur, Şeza Nur bacılarının digər uşaqlarla yağış altında milli geyimdə rəqs etmələrinin videoya çəkilməsindən sonra baş verib.Bu video onların yaşadığı mühafizəkar Çilas şəhərinin sakinlərinin qəzəblənməsinə səbəb olub.Qeyd edək ki, 5 silahlı şəxs bacılar və onların anasını yaşadıqları evdə güllələyib. Polis qətldə guya öz ailəsinin namusunu qoruyan bacıların ögey qardaşından və daha 4 şəxsdən şübhələnir. Ögey qardaş polisdən hələ gizlənsə də, asayiş keşikçiləri digər 4 nəfəri həbs edə bilib.

OXŞAR XƏBƏRLƏR