Gəncədə dəm qazından öldüyü ehtimal edilən, sonra da qətlə yetirildikləri məlum olan bacıları öldürən şəxs saxlanılıb.
ARB Kəpəz xəbər verir ki, Gəncə Şəhər Prokuroroluğundan verilən məlumata görə, cinayəti törədən isti izlərlə yaxalanaraq məsuliyyətə cəlb olunub.
57 yaşlı Rəna Nəbiyeva və onun bacısı 78 yaşlı Zəhra Abdullayevanın meyitləri yaşadıqları Abdulla Sur küçəsi, 70 ünvanında aşkar edilib.
Cinayətin qarət və soyğun məqsədilə törədildiyi güman edilir.