İki dəfə Azərbaycan gözəli seçilən Dinarənin həbsxanadakı görüntüləri – VİDEO

İki dəfə Azərbaycan gözəli seçilən Dinarənin həbsxanadakı görüntüləri – VİDEO
SOSİAL
16:18 26.01.2017
17063
ARB TV-də yayımlanan "Rezonans" verilişində bu dəfə həbsə düşən gözəllik kraliçaları həyat hekayələrini bölüşüblər.
 
Dinara Məmmədova (6 il) : "İki dəfə Azərbaycan gözəli olmuşam. Bu hamı üçün şok oldu. Çünki bizim ailədən həbsə düşən olmayıb. Heç kim buna inanmırdı ki, mən həbsə düşərəm. Elə insanlar oldu ki, məndən üz döndərdi. Amma yaxın qohumlarım yanımda olub, mənə dəstək oldular. Ailəmlə birgə Rusiyaya köçüb öz biznesimi qurmağa qərar verdim. Orada məktəb açıb, Şərq dillərindən dərs deyirdim. Sənədlərdə problemlər var idi. Rusiya vətəndaşı olmadığım üçün sənədlərdə sıxıntı var idi. Bir rəfiqəm dedi ki, sənədləri mənim adıma edək və mən formal direktor olum. Etiraz etmədim. İşlərimiz yaxşı gedirdi, Moskvada filial açmaq qərarına gəldik. Mən Moskvaya gedib işlərlə məşğul olmağa başladım. Mən bu işlərin dalınca gedəndə, o, tələbələrə demişdi ki, guya mən qaçıb gizlənmişəm, daha gəlməyəcəm. Moskvadan qayıdanda isə artıq əleyhimə polisə 40-a yaxın şikayət ərizəsi daxil olmuşdu. Dəhşətə gəldim. Nə deyəcəyimi bilmirdim. Mən o adamlardan aldığım pulları boş yerə götürməmişdim. Amma heç kim mənə inanmadı. Bundan sonra tanışlarım içərisində qadın rəfiqəm olmayacaq. Gələcəyə dair planlarım çoxdur. Buradan çıxandan sonra yenə məktəb açacam və həmin səhvləri etməyəcəm".
 
Qalina Babayeva (9 il) : "16 yaşım olanda ad günüm günü valideynlərimi qəzada itirdim. 1995-ci ildə ərə getmişəm. Qızım oldu. 4 il sonra boşandım. 2002-ci ildə Türkiyədə gözəllik müsabiqəsində 1-ci yeri tutmuşam. Jurnallara çəkilməyə başladım. 2003-cü ildə 2-ci dəfə ərə getdim və 2 uşağım oldu. Sponsorumla aramda problemlər yaşandı. O, məni aldatdı. Evində hər şeyin yerini bilirdim. Onun qızıllarını, antikvar əşyalarını götürdüm. Heç fikrləşmirdi ki, mən götürmüşdüm. Bir tanış qız var idi, onunla da tanış etmişdim. Təsadüfən bu qızla şəhərdə görüşdük, əlimdə antik üzüyü görüb məni ona satdı. Daha sonra narkotik maddələrdən istifadə etdim. Yoldaşım istifadə edirdi. Bir gün buna dedim ki, bu nədir ki sən bundan əl çəkə bilmirsən. Dedim, mənə də vur və qolumu uzatdım. Vurdu qoluma. Sonradan bu hal davamlı oldu. Elə olurdu ki, yoldaşım evdə otururdu, mən gedib narkotik tapıb gəlirdim. 2-3 il narkotikanın üstündə oturdum. Bacım müalicəyə apardı məni. Xeyri olmadı. Yoldaşım tutuldu, 8 aylıq hamilə idim. Onun dalınca getdim. 5 gündən bir yanına gedirdim. Kürdəxanıda onun yolunu çox gözləmişəm. Amma gəlmədi. Vəfasız çıxdı. Qızlarıma görə o qədər də yox, sırf oğluma görə narahatam. Oğlum deyir ki, mən hakim olacam. İstəmirəm ki, kiminsə anasına 1 ildən çox iş kəsim. Heç kimi anasız qoymaq istəmirəm".

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vanda Nara müğənniliyə başladı
18:30 14.03.2025
Vanda Nara müğənniliyə başladı
"AirPods" üçün tərcümə proqramı hazırlanıb
18:18 14.03.2025
"AirPods" üçün tərcümə proqramı hazırlanıb
Mixeil Saakaşvili ilə bağlı elan olunacaq hökmün tarixi məlum oldu
17:59 14.03.2025
Mixeil Saakaşvili ilə bağlı elan olunacaq hökmün tarixi məlum oldu
9-cu sinif buraxılış imtahanlarının qrafiki - Açıqlandı
17:45 14.03.2025
9-cu sinif buraxılış imtahanlarının qrafiki - Açıqlandı
KTMT Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir
17:36 14.03.2025
KTMT Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir
"Fənərbağça" - "Qalatasaray" oyununun dəqiq vaxtı açıqlanıb
17:27 14.03.2025
"Fənərbağça" - "Qalatasaray" oyununun dəqiq vaxtı açıqlanıb
Gələn həftə havanın temperaturu 30 dərəcəyədək yüksələcək
17:21 14.03.2025
Gələn həftə havanın temperaturu 30 dərəcəyədək yüksələcək
Elton müəllim olmaq üçün rəsmi şəkildə müraciət edəcək
17:17 14.03.2025
Elton müəllim olmaq üçün rəsmi şəkildə müraciət edəcək
Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!
17:16 14.03.2025
Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!
Paşinyan Putini Bakı ilə razılaşdırılmış sülh sazişi layihəsi barədə məlumatlandırıb
17:12 14.03.2025
Paşinyan Putini Bakı ilə razılaşdırılmış sülh sazişi layihəsi barədə məlumatlandırıb
ABŞ Ermənistan və Azərbaycanı sülh sazişini tezliklə imzalamağa çağırıb
17:05 14.03.2025
ABŞ Ermənistan və Azərbaycanı sülh sazişini tezliklə imzalamağa çağırıb
Respublika Endokrinoloji Mərkəzin rəhbərliyinə cinayət işi açıldı
16:59 14.03.2025
Respublika Endokrinoloji Mərkəzin rəhbərliyinə cinayət işi açıldı
Range Rover Tur: Qar Fırtınasında Unudulmaz Səyahət!
16:57 14.03.2025
Range Rover Tur: Qar Fırtınasında Unudulmaz Səyahət!
Azərbaycanda qadınlar niyə bu qədər boşanmağa meyllidir? - VİDEOSORĞU
16:53 14.03.2025
Azərbaycanda qadınlar niyə bu qədər boşanmağa meyllidir? - VİDEOSORĞU
"Təhsil mühiti olanda insanlar axınla bölgələrə gedəcəklər" - Deputat tıxacdan danışdı
16:49 14.03.2025
"Təhsil mühiti olanda insanlar axınla bölgələrə gedəcəklər" - Deputat tıxacdan danışdı
Yalan diaqnoz qoyan həkimlər barədə yoxlamalar başladı - Vəzifəli şəxslər istintaqa cəlb olundular
16:44 14.03.2025
Yalan diaqnoz qoyan həkimlər barədə yoxlamalar başladı - Vəzifəli şəxslər istintaqa cəlb olundular