Böyük Britaniyanın paytaxtı Londonda dünya şöhrətli boksçu Məhəmməd Əlinin adına təsis edilmiş "Əli Nəslinin İdman Mükafatı"nın ilk təqdimetmə mərasimi keçirilib. Məşhur ingilis futbolçu Devid Bekhem həmin gecədə Məhəmməd Əlini tək qoymayıb. "Məndən həmişə soruşulanda ki, indiyədək gördüyüm ən yaxşı idmançı kimdir - həmişə deyirəm Məhəmməd Əli. O, möhtəşəm həyatı və möhtəşəm karyerası olan möhtəşəm insandır" - Devid Bekhem Əli haqqında belə deyib.İki ulduz idmançı birlikdə "Əli Nəslinin İdman Mükafatı"nı öz yaşıdlarını idmanla məşğul olmağa sövq edən 19 yaşlı əfqan qaçqın Matiullah Heydərə təqdim ediblər. Bekhem və Əlinin London 2012 Yay Olimpiya Oyunlarının açılış mərasimində də birlikdə çıxış edəcəyi bildirilir.