İki erməni Azərbaycana qaçdı

İki erməni Azərbaycana qaçdı
21:46 18.03.2013
1739

Durmuş Karyan və Anahid Arakelyan təmas xəttininin Qazax rayonu istiqamətində saxlanılıb

Həftəsonu Ermənistan iki vətəndaşı Azərbaycan tərəfə keçib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 16-da Ermənistanın Noyemberyan rayonu Dovex kənd sakini Karyan Durmuş Sarkisoviç saat 16.50-də, martın 17-də isə İcevan rayonu Ayqovid kənd sakini Arakelyan Anahid Hamazasovna saat 16.20-də təmas xəttininin Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən Silahlı Qüvvələri tərəfindən saxlanılıblar. Ermənilərin hansı səbəbdən təmas xəttini pozmaları araşdırılır. Hazırda onlar Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının ixtiyarına veriliblər.

OXŞAR XƏBƏRLƏR