Macarıstanda 65 yaşlı Şandor Horvat yaşadığı Vas kəndində tarlanın qarşısından motosikletlə keçəndə çəmənlikdə otlayan Muki və Şamoça adlı iki eşşək tərəfindən hücuma məruz qalıb. Belə ki, o motosikletlə tarlanın qarşısından keçəndə çəmənlikdə otlayan Muki və Şamoça adlı iki eşşək səsdən hürküb.Onlar Horvata hücum çəkiblər, onu dişləməyə başlayıblar.Yaşlı kişini motosikletdən yıxan eşşəklər onu dişləməyə davam edərək tapdalayıblar.Şandor Horvat aldığı yaralardan yerindecə həlak olub.Hadisə yerinə yollanan polislər və baytar həkimlər qatil eşşəkləri karantinə aparıblar.Baş baytar həkim Zoltan Lantosun dediyinə görə, eşşəklər quduz ola bilərlər."Sabiq yanğınsöndürən Horvatın cəsədini görəndə ilk əvvəl düşündük ki, onu iri köpəklər parçalayıb. Lakin sonra anladıq ki, Horvatı çəmənlikdə otlayan iki eşşək gəmirib", - Zoltan Lantos söyləyib.