İki gün öncə evləndiyi qadını bıçaqlayaraq öldürüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Konya şəhərində baş verib.
Belə ki, 52 yaşlı Murat Demir iki gün öncə evləndiyi 45 yaşlı Keziban Demiri bıçaqlayaraq öldürüb.
Meşə Təsərrüfatı Müdirliyində çalışan təqaüdçü Murat Demir hələ məlum olmayan səbəbdən mübahisə etdiyi həyat yoldaşı Keziban Demirə bıçaqla xəsarət yetirib.
Hadisə yerinə polis və təcili tibbi yardım qrupu gəlib. Həkimlərin müdaxiləsinə baxmayaraq Keziban Demiri xilas etmək mümkün olmayıb.
Onu da qeyd edək ki, bu kişinin ikinci, qadının isə üçüncü evliliyi olub.
Faktla bağlı araşdırma aparılır.
Aydın