Kolumbiyada 7 nəfərlə birlikdə yoxa çıxan və dünən qalıqları tapılan kiçik təyyarədə olan 4 uşaq sağ tapılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, sağ qalanlar arasında 11 aylıq körpənin də olduğu öyrənilib.
Kolumbiya prezidenti Qustavo Petro, Twitter hesabından verdiyi açıqlamada, "Əsgərlərimizin gərgin axtarışları nəticəsində Quaviarada qəzaya uğrayan təyyarədəki 4 uşağın sağ olduğunu gördük. Bu ölkə üçün böyük sevincdir", - deyib.
Qəzaya uğrayan təyyarədə "möcüzə” nəticəsində sağ qalan 11 aylıq körpənin olduğu, qardaşların meşədə aşkar edildiyi bildirilib.
13 yaşlı Lesli Bonbaire, 9 yaşlı Soleiny Ranoque, 4 yaşlı Tien Ronoque və 11 aylıq körpə Cristian Ranoque-un qəzadan necə sağ çıxması və 17 gün sağ qalması ilə bağlı təfərrüatlar paylaşılmayıb.
Blu Radio-nun xəbərində bacıların ən böyüyü Leslinin kiçik qardaşlarını yaşatmaq üçün meşədə müvəqqəti sığınacaq qurduğu paylaşılıb.
Qeyd edək ki, dünən ölkənin cənubundakı meşələrdə qalıqları tapılan kiçik təyyarədə olan daha 4 nəfərin cəsədi aşkarlanıb. Quaviare inzibati bölgəsinin San Xose şəhərində qəzaya uğradığı güman edilən kiçik HK 2803 təyyarəsində 7 nəfərin olduğu bildirilib.
Gülay