İki ölkə arasında gərginlik davam edir

İki ölkə arasında gərginlik davam edir
DÜNYA
11:36 30.05.2023
177
Səhər saatlarından etibarən Kosovonun şimalında Zveçan bələdiyyəsi qarşısında etiraz aksiyası keçirən serblərlə NATO-nun Kosovo Sülh Qüvvələrinin (KFOR) bölmələri arasında qarşıdurma yaşanıb. 

AZXEBER.COM xəbər verir ki, NATO Kosovoda alyansın Sülhməramlı Qüvvələrinə (KFOR) edilən hücumları pisləyib və zorakılığı dərhal dayandırmağa çağırıb.

KFOR bələdiyyə binası qarşısında toplaşanları gözyaşardıcı qazdan istifadə edərək dağıtmağa çalışsa da, etirazçılar KFOR qüvvələrinə sərt əşyalar atmaqla cavab veriblər.

Nümayişçilər bələdiyyə binası qarşısında KFOR qüvvələrinə ara küçələrdən hücumlarını davam etdirirlər.

Baş verən qarşıdurmada atışma səslərinin eşidildiyi, bölgədəki Kosovo polisinə məxsus avtomobilin yandırıldığı və hər iki tərəfdən yaralıların olduğu bildirilir.

Ayşən
OXŞAR XƏBƏRLƏR