Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda bu dəfə Polşa ilə Belarus arasında gərginlik artıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, artan zorakılıqlardan sonra hərbi hissələrin sərhədə göndəriləcəyi bildirilib.
Polşanın PAP xəbər agentliyinin məlumatına görə, bəziləri zorakılıq xarakteri daşıyan bir sıra insidentlər Polşa-Belarus sərhədində baş verib.
Bu gün keçirdiyi mətbuat konfransında Polşa daxili işlər nazirinin müavini Maçey Vasik qeyd edib ki, sərhəddəki hadisələrdən sonra Polşa Sərhəd Mühafizəçiləri ölkənin Belarus sərhədinə əlavə 1000 əsgər göndərilməsini istəyib.
Ayşən