Dünən Cənubi Çin dənizində Çin və Filippin arasında gərginlik yaranıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Çin donanması bir müddətdir bölgədə mübahisəli bölgə olan Cənubi Çin dənizində Filippin təchizat gəmisinə sərt müdaxilə edib.
Filippin gəmisi İkinci Tomas Shoaldakı əsgərlərə avadanlıq göndərmək üçün irəliləyərkən, Çin donanmasının döyüş gəmisi su şırnaqları ilə müdaxilə edib.
Hadisənin qısa müddətdə böyüdüyünə görə Çin rəsmiləri "Filippin bu təxribatçı hərəkətlərinə ən qısa zamanda son qoymalı və öz dabanına atəş açmağı dayandırmalıdır” deyib.
Digər tərəfdən, bəyanatda Filippinin digər ölkələrlə işlədiyi də ifadə edilib, lakin heç bir ölkənin adı çəkilməyib.
Məsələ ilə bağlı ABŞ-dan da sərt cavab gəlib.
ABŞ "Çin Filippinin dəniz əməliyyatını və regional sabitliyini risk altına qoyur. Pekin Cənubi Çin dənizində təhlükəli və sabitliyi pozan hərəkətləri dayandırmalıdır", - ifadəsi ilə bəyanat yayıb.
Bu gün Filippin Xarici İşlər Nazirliyi daha sərt diplomatik addım atıb. Açıqlamada Çinin Maniladakı səfirinin nazirliyə çağırılaraq nota verildiyi qeyd edilib.
Mikayıl