İki ölkə birgə hərbi təlimlərə başladı

İki ölkə birgə hərbi təlimlərə başladı
DÜNYA
12:55 10.11.2022
224

Yaponiya və ABŞ arasında birgə hərbi təlimlər keçiriləcək.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Yaponiya Özünümüdafiə Qüvvələri və ABŞ hərbçiləri Yaponiyanın cənub-qərb bölgəsində "Kəskin qılınc” adlı genişmiqyaslı birgə hərbi təlimə başlayıb.

Təlimdə Avstraliya, Kanada və İngiltərədən ümumilikdə 4 döyüş gəmisi və 2 təyyarə iştirak edəcək.

Qeyd edək ki, iki ölkənin gözlənilməz vəziyyətlərlə mübarizədə çəkindirmə imkanlarının gücləndirilməsi məqsədi daşıyan təlimdə kosmos və kiberməkan kimi yeni müdafiə sahələrində, eləcə də ballistik raketlərə müdaxilə əməliyyatlarının aparılacağı açıqlanıb.

Təlimin Çinin Asiya-Sakit okean regionunda dənizlərdə hərbi gücünü artırdığı, Şimali Koreyanın isə ballistik raket proqramını yenidən sürətləndirdiyi bir dövrə təsadüf etməsi diqqət çəkib.

Ayşən

OXŞAR XƏBƏRLƏR