İki ölkə müharibənin astanasında idi: münasibətləri normallaşdırmaq qərarına gəldilər

İki ölkə müharibənin astanasında idi: münasibətləri normallaşdırmaq qərarına gəldilər
DÜNYA
14:31 24.11.2022
227
Serbiya və Kosovo avtomobil nömrələri ilə bağlı narazılıqla bağlı davam edən gərginliyi azaltmaq və münasibətləri normallaşdırmaq üçün razılığa gəliblər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell sosial mediada iki ölkə arasında razılaşmanı açıqlayıb.

Borrell bəyan edib ki, Kosovo və Serbiyanın baş müzakirəçiləri Aİ-nin vasitəçiliyi ilə apardıqları danışıqlar nəticəsində gərginliyin daha da artmasının qarşısını almaq və əlaqələrin normallaşdırılması təklifi üzərində cəmləşmək barədə razılığa gəliblər.

Josep Borrell-in sözlərinə görə, Serbiya Kosovo şəhərlərini simvolizə edən dövlət nömrə nişanlarının verilməsini dayandıracaq, Kosovo isə avtomobillərə lisenziya verilməsini yenidən dayandıracaq.

Ayşən

OXŞAR XƏBƏRLƏR