"İki mahnı oxuyan kimi, özlərinə sənətkar deyirlər" - Xanəndədən sərt tənqid

"İki mahnı oxuyan kimi, özlərinə sənətkar deyirlər" - Xanəndədən sərt tənqid
MAQAZİN
11:17 19.03.2026
1029
"Yaxşılar və pislər bir-birindən seçilməlidir ki, zamanla yaxşılar öz yerində qalsın".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri "Gün ortası" verilişinə müsahibəsində xanəndə Pərviz Qasımov deyib.
 
Sənitçi, səhnəyə yeni gələn müğənnilərə tövsiyələrini verib:
 
"Mən istəyirəm ki, yaxşı sənətçilər incəsənətimizə xidmət etsinlər, içi mən qarışıq. Yaxşılar və pislər ələnib bir-birindən seçilməlidir ki, zamanla yaxşılar yerində qalsın. Səhnəyə yeni gələn müğənnilərə məsləhətim odur ki, sakit, təmkinli, səbrli olsunlar, tez çılğınlaşmasınlar. İndikilər iki mahnı oxuyan kimi, özlərinə sənətkar deyirlər.
 
Mən xanəndələr arasında istər səsi, istər görünüşü ilə ən fərqli sənətçiyəm. Amma heç vaxt özümü kimdənsə üstün tutmamışam. Muğam ifaçıları qeybətdən, qalmaqaldan, söz-söhbətdən uzaqdılar. Borcumuzdur ki, sənətkarlara baxaq öyrənək, amma öz yolumuzla gedək, çünki sənətkarın yaşı olmur".
 
Aysel
OXŞAR XƏBƏRLƏR