İki marşrutun hərəkəti müvəqqəti dəyişdirildi

İki marşrutun hərəkəti müvəqqəti dəyişdirildi
SOSİAL
17:19 15.01.2024
184
Binəqədi rayonunda baş verən partlayışla əlaqədar iki marşrutun hərəkəti müvəqqəti dəyişdirilib.

AZXEBER.COM-un Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, 3 və 88 nömrəli marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Qeyd edək ki, bu gün Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə partlayış-yanğın baş verib. Hadisə nəticəsində ölən və xəsarət alanlar olub.
OXŞAR XƏBƏRLƏR