İki metro qatarı toqquşdu, yüzlərlə insan xəsarət aldı

İki metro qatarı toqquşdu, yüzlərlə insan xəsarət aldı
DÜNYA
12:50 15.12.2023
246
Çində iki metro qatarı toqquşub. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər qəzanın Pekinin qərb hissəsindəki Çanpinq metro xəttinin yerüstü hissəsində baş verdiyini açıqlayıb.

O bildirib ki, hadisəyə təcili tibbi yardım, polis və nəqliyyat qrupları müdaxilə edib və bütün sərnişinlər təxliyə edilib.
 
Qar yağışı səbəbindən sürüşkən olan relslərdə qarşıdakı metro qatarının avtomatik əyləc sisteminin işə düşməsi nəticəsində iki qatarın toqquşması nəticəsində xəsarət alan 515 nəfərin xəstəxanalara aparıldığı bildirilib.
 
Bildirilib ki, xəsarət alanlardan 25-i müşahidə altındadır, 67-nin müalicəsi davam etdirilir. Güclü qar yağışı şəhərdə bəzi qatarların hərəkətinin dayandırılmasına və məktəblərin bağlanmasına səbəb olub.

Ayşən
OXŞAR XƏBƏRLƏR