İki milyarder müharibəyə "yox" dedi - Putinin yaxın çevrəsindəndilər

İki milyarder müharibəyə "yox" dedi - Putinin yaxın çevrəsindəndilər
DÜNYA
14:42 28.02.2022
451
İki rusiyalı milyarder Putini Ukrayna ilə sülhə çağırıb.

AZXEBER.COM xəbər verir ki, Rusiyanın Ukraynaya hücumuna qarşı çıxan iki rusiyalı milyarder Mixail Fridman və Oleq Deripaska Rusiya prezidenti Putini sülhə çağırıblar.

 "LetterOne” (L1) investisiya şirkətinin sahibi, ukrayna əsilli rusiyalı milyarder Fridman ailəsinin hələ də yaşadığı Lvovdakı ukraynalı köklərinə toxunaraq "mən Rusiya vətəndaşı olaraq həyatımın çox hissəsini biznes qurmağa və inkişaf etdirməyə sərf etmişəm. Ukrayna və rus xalqları ilə dərindən bağlıyam. Hazırkı münaqişəyə faciə kimi baxıram” – deyə bildirib.

Rusiyalı Oleq Deripaska isə keçən il "Forbes”-in dünya milyarderləri siyahısına görə, dünyanın 128-ci ən varlı adamı olub.

Rusiya prezidenti Vladimir Putinlə yaxınlığı ilə tanınan rusiyalı iş adamı Deripaska sülh danışıqlarının tez başlamasını arzuladığını bildirib. 

Ayşən
OXŞAR XƏBƏRLƏR