Astarada iki avtomaşın toqquşub, bir nəfər ağır xəsarət alıb.
AZXEBER.COM-un məlumatına görə, hadisə Astara rayonu ərazisində qeydə alınıb.
Belə ki, ”Mercedes”markalı avtomobillə "VAZ 21099” markalı avtomaşın toqquşub.
Nəticədə Şahağacı kənd sakini, 1980-cı il təvəllüdlü Peyman Səmədov ağır xəsarət alaraq Lənkəran rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
APA.AZ