Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdam rayon sakini Kənan Şükürovun məhkəməsi başa çatıb.
AZXEBER.COM-un məlumatına görə, iki nəfəri öldürməyə cəhd edən Kənan Şükürov 13 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, K.Şükürov ötən ilin mayın 25-də Nizami rayonu ərazisində Oktay Məmmədxanova çox saylı bıçaq xəsarətləri yetirib. Kənan Şükürov hadisə yerindən qaçıb.Polis tərəfindən axtarışa verilən Kənan Şükürov Bakı sakini Fərrux Abbasovu da bıçaqlayıb. Kənan Şükürov birinci hadisədən 45 gün sonra həbs edilib.