İki texnologiya nəhəngi üz-üzə gəlir: Mark Zukerberq İlon Maskın təklifini qəbul etdi

İki texnologiya nəhəngi üz-üzə gəlir: Mark Zukerberq İlon Maskın təklifini qəbul etdi
DÜNYA
12:52 22.06.2023
698
"Twitter"in sahibi İlon Mask Instagram və Facebook-un sahibi Mark Zukerberqi qəfəs döyüşünə dəvət edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Zukerberq Maskın çağırışını qəbul edib.

"Facebook”, "Instagram” və "WhatsApp” kimi platformaların bir müddətdir "Project 92” kod adı ilə "Twitter"ə rəqib olan sosial media şəbəkəsi üzərində çalışdığı məlum olub.
 
"Twitter"in sahibi İlon Mask "Project 92" ilə bağlı paylaşımının altında şərh yazıb və Meta-nın sahibi Mark Zukerberqə zəng edib. Mask "Qəbul etsə, qəfəs döyüşünə hazıram" şərhini verib. Zukerberq İnstaqram hesabında zəngə cavab verib və "Məkan göndər" deyib.

Bir istifadəçi isə Maska "Ehtiyatlı olsanız yaxşı olar. İndi eşitdim ki, cu jitsu ilə məşğuldur" deyərək Zukerberqin yapon mənşəli Uzaq Şərq döyüş sənəti ilə məşğul olduğunu xatırladıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR