Rusiyanın paytaxtı Moskvada İqor Televinov adlı şəxs ailəsinə divan tutub.
İqor Televinov əvvəlcə oğlunu, sonra isə axşam gəzintisindən qayıdan qızını və qaynanasını öldürüb.
Bundan 2 saat sonra o, evə dönən arvadı Nina Tyurkinaya "Onları öldürdüm!" söyləyib.
"İşdən qayıdıb ərimi görən kimi anladım ki, nə isə baş verib. Ərimin əlləri əsirdi. O, axirət barədə danışır, az sonra hər şeyin yaxşı olacağını deyirdi. Daha sonra söylədi ki, anasını, uşaqlarımızı öldürüb, indi onların arxasınca getməliyik", - Nina Tyurkina ağlayaraq danışıb.
Televinovun anası Mariya Konstantinovna qaçmaq istəsə də, bacarmayıb.
Televinov bıçaqla arvadının üzünə və boğazına zərbə endirsə də, Nina ondan qurtularaq qaça bilib. Amma o, uzağa gedə bilməyib.
//milli.az