İki uşaq anası Fahriye Evcen xoşbəxtliyin sirrini verdi

İki uşaq anası Fahriye Evcen xoşbəxtliyin sirrini verdi
MAQAZİN
15:04 06.12.2023
189
Türkiyəli aktrisa Fahriye Evcen 2017-ci ildə ailə qurduğu Burak Özçivitlə münasibətindən danışıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Burak Özçivit və Fahriye Evcen xoşbəxt evliliklərini davam etdirirlər. 

Evcen xoşbəxtliyinin sirrini 2017-ci ildə ailə qurduğu Burak Özçivitlə bağlı olduğunu deyib. 

O, açıqlamasında deyib:

"Münasibətlərdə özünüzü xoşbəxt etməyi bacarmaq, tarazlıqda olmaq, daima sevgi və sevməyi seçə bilmək vacibdir. Əgər qarşı tərəf də sevgi ilə yaşayırsa, o əlaqə xoşbəxt bir formada davam edir. Fərqli şeylər axtarmadan hər an dəyərini, gözəlliyini görə bilmək lazımdır. Hazırda daxili səsimə qulaq asanda özümü daha şüurlu və sakit hiss edirəm”.

Ayşən
OXŞAR XƏBƏRLƏR