"İki yaşlı Zəhranın qanı yerdə qalmadı" - Prezidentdən bəyanat

"İki yaşlı Zəhranın qanı yerdə qalmadı" - Prezidentdən bəyanat
SOSİAL
14:32 12.07.2017
5251
"Münaqişənin həlli ilə bağlı təzyiqlər artanda Ermənistan həmişə təxribatlara əl atıb”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Dövlət başçısı bildirib ki, bunu illər əvvəl Ermənistan parlamentində baş vermiş terror aktı, 2014-cü ildə Paris danışıqlarından sonra cəbhədə vəziyyətin gərginləşməsi, həmçinin 2016-cı ilin aprelində təmas xəttində törədilən təxribatın qarşısının Azərbaycan ordusu tərəfindən layiqincə alınması da təsdiq edir.

Ötən ay da törədilən təxribat nəticəsində Azərbaycan ordusunun bir hərbçisinin şəhid olduğunu, lakin Azərbaycan Silahlı Qüvvələrinin düşmənə layiqli cavad verdiyini deyən Prezident İlham Əliyev bir neçə gün öncə Füzuli rayonunun Alıxanlı kəndində törədilən təxribatın qurbanı olan balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsini hərbi cinayət kimi qiymətləndirib, bunun Ermənistan siyasi rəhbərliyinin üzünü və erməni faşizminin eybəcər sifətini nümayiş etdirdiyi deyib: "Bu cinayət cavabsız qoyulmadı. Ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi, Zəhranın və nənəsinin qanı yerdə qalmadı”.

Daha sonra dövlət başçısı deyib ki, dünyada narahatedici məqamların çoxalmasına baxmayaraq, ölkəmizdə sabitlik möhkəmlənib və bu sabitliyin mənbəyində Azərbaycan xalqı dayanıb.

Azərbaycanda bütün sosial-iqtisadi məsələlərin uğurla həllini tapdığını, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğunu deyən prezident İlham Əliyev bu ilin 6 ayında Azərbaycanın beynəlxalq əlaqələrinin daha da fəallaşdığını, dünyada böyük hörmətə malik ölkəmizin dostlarının sayının çoxaldığını, beynəlxalq təşkilatlarda fəallıq göstərildiyini diqqətə çatdırıb.

İlin əvvəlindən 10 ölkəyə səfər etdiyini deyən prezident İlham Əliyevvurğulayıb ki, bu səfərlərin coğrafiyası Azərbaycanın xarici siyasətinin milli maraqlara xidmət etdiyini təsdiqləyir. İl ərzində ölkəmizdə bir neçə mötəbər tədbirin - V Qlobal Bakı Forumunun, IV Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini deyən dövlət başçısı bu tədbirlərin ölkəmizə olan münasibəti və hörməti əks etdiyini və dünyada gedən proseslərə müsbət təsir göstərdiyini bildirib.

Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdiyini deyən prezident İlham Əliyev milli komandamızın bu oyunlarda birinci yeri tutduğunu, bunun da Azərbaycanın güclü idman dövləti olmasından irəli gəldiyini qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'