İki yeniyetmə 15 yaşlı qızı vəhşicəsinə qətlə yetirdi

İki yeniyetmə 15 yaşlı qızı vəhşicəsinə qətlə yetirdi
DÜNYA
13:53 24.06.2022
499
Almaniyada hər kəsi şoka salan ölüm hadisəsi baş verib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Almaniyada 15 yaşlı qız vəhşicəsinə qətlə yetirilib.
 
Hadisə ilə bağlı 13 və 14 yaşlı iki yeniyetmə həbs edilib.

Anastasiya adlı qızın ölümünə görə 13 və 14 yaşlı iki oğlan məsuliyyət daşıyır, lakin onlar yaşlarına görə cinayət məsuliyyətinə cəlb oluna bilmirlər.

Məlumata görə, iki yeniyetmə qızı boğaraq öldürüb. Anastasiyanın cəsədi Fredenberq rayonunda tarlada tapılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR