Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonuna səfəri zamanı çıxışında AŞPA-nın Azərbaycana qarşı ikili standartları və qərəzli mövqeyi haqda çıxış edib.
AŞPA-nın Azərbaycana qarşı ikili standartları və qərəzli mövqeyi ictimaiyyət tərəfindən də birmənalı qarşılanmır.
AZXEBER.COM millət vəkili Razi Nurullayevdən mövzu ilə bağlı açıqlama alıb.
O AŞPA-nı kəskin tənqid edib:
"AŞPA və onun kimi beynəlxalq təşkilatlar Azərbaycan - Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman ikili standartlar ortaya qoyublar. Azərbaycan bu məsələlərdə bəzən dözümlülük göstərir. Misal üçün deyim ki, Ermənistanda insan hüquq və azadlıqları daha çox məhdudlaşdırılır. Ermənistanda insanlar siyasi baxışlarına görə təqib olunur. Ermənistandan başqa digər Avropa ölkələrində də bu hal baş verir. Avropa Şurası buna susqun qalır, yaxud dişsiz mövqe sərgiləyir.
Ancaq Azərbaycana qarşı hər zaman daha sərt mövqedən çıxış edir. İkili standartın dozasını başqa ölkələrə nisbətən daha çox edir. Bu baxımdan bu ikili standart da Azərbaycanla AŞPA arasında olan münasibətlərin daha kəskinləşməsinə səbəb olur. Məhz bu səbəbdən Azərbaycan Avropaya inteqrasiyadan uzaqlaşmaq istəyir. Bir neçə dəfə prezident İlham Əliyev bildirib ki, biz Avropaya inteqrasiyanı istəmirik. Bütün bunlar onların Azərbaycana qarşı tətbiq etdikləri ikili standartdan sonra başladı. Bu münasibətlər də Prezidenti bu cür mövqe sərgiləməsinə sövq edir”.
Günel Hüseynli