İkinci dozadan 6 ay keçibsə, pasportunuz ləğv ediləcək

SAĞLAMLIQ
17:29 28.12.2021
848
"Tədqiqatlar göstərir ki, ikinci dozadan 4 ay sonra vaksinin qoruyuculuğu azalmağa başlayır. Buna görə də üçüncü, buster doza vurulmalıdır”.

AZXEBER.COM xəbər verir ki, bunu brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. 

O bildirib ki, fevralın 15-dən sonra COVID-19 pasportlarının müddəti 6 ay müəyyən olunur. İkinci dozadan 6 ay sonra pasport vaxtı keçmiş hesab olunur.

Yəni, 6 aydan sonra vaxtı bitmiş pasportla müəyyən edilən yerlərə daxil olmaq mümkün olmayacaq. Bunun üçün də buster dozadan istifadə etmək tövsiyə olunur”.

OXŞAR XƏBƏRLƏR