İkinci əl mağazasında satılan çantadan külli miqdarda pul çıxdı

İkinci əl mağazasında satılan çantadan külli miqdarda pul çıxdı
DÜNYA
13:47 25.07.2023
285
Belçikada ikinci əl mağazasına gətirilən qadın çantasından təxminən 23 min avro çıxıb.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, çanta Belçikanın şərqindəki Maasland qəsəbəsindəki ikinci əl mağazasına gətirilib.

Pulun toxuculuq məhsulları ilə birlikdə tullantı qutularına atılan çantanın  içindən çıxdığı, oradan çeşidlənərək satış üçün ikinci əl mağazasına gətirildiyi bildirilib.

Çantanın sahibi hələ də tapılmayıb.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR