İkiqat NBA çempionu ABŞ-də saxlanılıb

İkiqat NBA çempionu ABŞ-də saxlanılıb
İDMAN
11:07 18.01.2026
486
İkiqat NBA çempionu Lamar Odom ABŞ-də Las-Veqas polisi tərəfindən saxlanılıb.

AZXEBER.COM "Report"a stinadən xəbər verir ki, buna səbəb keçmiş basketbolçunun sərxoş vəziyyətdə avtomobil idarə etməsi olub.

L. Odom sürət həddini aşıb və zolağı dəyişmə qaydalarını pozub.

Qeyd edək ki, 46 yaşlı sabiq basketbolçu 2004-2011-ci illərdə "Los Anceles Leykers"də çıxış edib və bu komanda ilə iki dəfə (2009, 2010) NBA çempionu olub. O, 2014-cü ildə karyerasını başa vurub.
OXŞAR XƏBƏRLƏR