İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"

İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
SOSİAL
15:41 25.05.2025
789
Dünyaca məşhur türk tarixçi İlbər Ortaylı Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən beynəlxalq konfrans barədə məqalə qələmə alıb.

AZXEBER.COM xəbər verir ki, Mayın 21-də Türkiyənin Ankara şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Qərbi Azərbaycan İcması, Azəri-Türk Qadınlar Birliyi və Azərbaycan-Türkiyə Evinin (ATEV) birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən beynəlxalq konfrans barədə "Hürriyyət” qəzetində məlumat paylaşan İlbər Ortaylı öz ata yurdlarından sürgün edilənlərin vətənlərinə qayıtmaq hüququnun onların əzəli haqqı olduğunu diqqətə çatdırıb və bu prosesin beynəlxalq hüquq çərçivəsində təmin olunmasının vacibliyinə toxunub.

Tanınmış tarixçi konfransa dair təəssüratlarını bölüşərkən ən dəyərli çıxış kimi Tənzilə Rüstəmxanlının nitqini xüsusi vurğulayıb. Ortaylının sözlərinə görə, tədbirdə hamını duyğulandıran əsas məqam Rüstəmxanlının söylədiyi bu fikirlər olub:

"Şah İsmayıl Səfəvi də bizimdir, 8 illik hakimiyyətində 80 illik iş görən Yavuz Sultan Səlim də bizimdir. XIX əsrə qədər böyük şairlərimiz, filosoflarımız, ortaq tariximiz belə davam edir. Türklük bizim ortaq yurdumuzdur”.media-whatsapp-gorsel-2025-05-25-saat-13-54-49_2c27fc70

İlbər Ortaylı qeyd edib ki, bu cür çıxışlar yalnız siyasi deyil, həm də mədəni kimliyimizin dərinliyini ortaya qoyur. Onun sözlərinə görə, məşhur şair Nazim Hikmətin özünü ən çox vətəndə hiss etdiyi yer də məhz Azərbaycan olub.

İlbər Ortaylı konfransı dəyərləndirərkən qeyd edib ki, bu cür tədbirlər yalnız dövlət səviyyəsində deyil, elmi və intellektual çevrələrdə də mütəmadi keçirilməli, ortaq türk tarixinin dərinliklərinə enilməlidir.media-whatsapp-gorsel-2025-05-25-saat-13-37-05_d093d491

Onu da bildirək ki, bir sıra tanınmış elm xadimləri ilə birlikdə İlbər Ortaylı da Ankarada keçirilən "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın çıxışçılarından biri olub.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian müharibəyə son qoyulması üçün şərtlər irəli sürdü
23:02 11.03.2026
Pezeşkian müharibəyə son qoyulması üçün şərtlər irəli sürdü
Tramp: ABŞ Hörmüz boğazının minalandığını düşünmür
22:55 11.03.2026
Tramp: ABŞ Hörmüz boğazının minalandığını düşünmür
Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək -VİDEO
22:54 11.03.2026
Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək -VİDEO
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
22:48 11.03.2026
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Azərbaycan və Aİ arasında güzəştli tarif prinsipləri əsasında ticarətin genişləndirilməsi müzakirə olunub
22:40 11.03.2026
Azərbaycan və Aİ arasında güzəştli tarif prinsipləri əsasında ticarətin genişləndirilməsi müzakirə olunub
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötüb
22:26 11.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötüb
İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTOLAR
22:25 11.03.2026
İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTOLAR
Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana gəldi
22:10 11.03.2026
Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana gəldi
Dardanel boğazı müvəqqəti bağlandı
22:07 11.03.2026
Dardanel boğazı müvəqqəti bağlandı
Antonio Koşta Bakıda səmimi qəbula görə İlham Əliyevə təşəkkür edib
21:59 11.03.2026
Antonio Koşta Bakıda səmimi qəbula görə İlham Əliyevə təşəkkür edib
İyirmi ikinci günün duası - İmsak və iftar vaxtı
21:57 11.03.2026
İyirmi ikinci günün duası - İmsak və iftar vaxtı
Polis İqbolu saxladı
21:52 11.03.2026
Polis İqbolu saxladı
Külli miqdarda mənimsəmədə ittiham olunan vəzifəli şəxsə hökm oxundu
21:43 11.03.2026
Külli miqdarda mənimsəmədə ittiham olunan vəzifəli şəxsə hökm oxundu
Nigeriyanın daha üç vətəndaşı İrandan Azərbaycana təxliyə olunub
21:34 11.03.2026
Nigeriyanın daha üç vətəndaşı İrandan Azərbaycana təxliyə olunub
Gəncədə məktəb direktoru ardıcıl töhmətlərdən sonra İŞDƏN ÇIXARILDI - Foto
21:31 11.03.2026
Gəncədə məktəb direktoru ardıcıl töhmətlərdən sonra İŞDƏN ÇIXARILDI - Foto
Tramp: ABŞ İrana zərbələri əvvəlki intensivliklə davam etdirəcək
21:27 11.03.2026
Tramp: ABŞ İrana zərbələri əvvəlki intensivliklə davam etdirəcək