"İldə beş dəfə eyni adamın ailə məclisində pulsuz oxumaqdan utanırdım" - Elnur dilə gəldi

"İldə beş dəfə eyni adamın ailə məclisində pulsuz oxumaqdan utanırdım" - Elnur dilə gəldi
MAQAZİN
12:45 06.03.2025
223
Müğənni Elnur Məmmədov bəzi insanların sənətə və sənətkara hörmətsizliyindən danışıb.
 
AZXEBER.COM xəbər verir ki, o, bu haqda "Afaqla 10-lar" verilişində söz açıb.
 
Müğənni dost-tanışın ailə məclislərində oxumaqdan imtina etməsinin səbəblərini açıqlayıb:
 
"Elə bir zaman var idi ki, salam verdiyim hər kəs məni qohumlarının toyuna pulsuz oxumağa çağırırdı. Mən onları başa sala bilmirdim ki, məın bu işdən evimə çörək aparıram. Axı mən məmur deyiləm, biznesmen deyiləm, maaşım yoxdur. Pulum müğənnilikdən gəlir. Çünki elə adam var idi ki, ildə beş dəfə məni ailə məclisinə oxumağa çağırmağa utanmırdı, amma mən getməkdən artıq utanırdım. Bunu bir dəfə efir vasitəsilə də demişdim, çəkib kimə sərf eləməmişdisə onlara yollamışdılar, deyirdilər ki, Elnur məclislərə getmir".
 
Aysel
OXŞAR XƏBƏRLƏR